Magazin2
Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI
ABŞ-ın məşhur "Grateful Dead" qrupunun gitaristi və həmtəsisçilərindən biri Bob Veyr 78 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" musiqiçinin rəsmi saytında yayımlanan açıqlamaya istinadla məlumat yayıb.
Bildirilib ki, ötən ilin yayında Bob Veyrə onkoloji xəstəlik diaqnozu qoyulub və o, bu xəstəliklə mübarizə aparmağı bacarıb. Lakin musiqiçinin ölümünə ağciyərlərlə bağlı yaranan fəsadlar səbəb olub. Qeyd olunub ki, Veyr yaxınlarının əhatəsində sakit şəkildə dünyasını dəyişib.
60 ildən artıq davam edən yaradıcılıq karyerası ərzində Bob Veyr minlərlə konsert verib və təxminən on müxtəlif musiqi kollektivinin tərkibində çıxış edib. Uzun müddət qrupun lideri Cerri Qarsiyanın kölgəsində qalsa da, zamanla "Veyr Grateful Dead" yaradıcılığından formalaşan “cem-bənd” janrının əsas simalarından birinə çevrilib.
Bob Veyr 1947-ci ildə San-Fransiskoda anadan olub və yeniyetmə yaşlarından folk musiqisinə maraq göstərib. Onun taleyində həlledici rol oynayan hadisə 1963-cü ilin yeni il ərəfəsində Palo-Alto şəhərində musiqi mağazasında Cerri Qarsiya ilə tanışlığı olub. Məhz bu görüş sonradan təkcə musiqi qrupu deyil, həm də kontrkultura hərəkatının bir hissəsinə çevrilən Grateful Dead kollektivinin əsasını qoyub.
"Grateful Dead" San-Fransiskoda psixodelik musiqi dövründə formalaşıb və qısa müddətdə hippi mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Qrup intensiv qastrollar keçirib, konsertlərin yazılmasına icazə verib ki, bu da albom satışları nisbətən zəif olsa da, geniş və sadiq azarkeş kütləsinin formalaşmasına şərait yaradıb.
Bob Veyr və Cerri Qarsiya zamanla qrupun simvoluna çevriliblər. Onlar vokal partiyalarını bölüşüb, Veyrin ritm gitarası isə Qarsiyanın improvizasiyaları üçün əsas yaradıb. Veyrin müəllifi olduğu ən məşhur mahnılar arasında “Jack Straw”, “Sugar Magnolia” və “Playing in the Band” yer alır.
Bob Veyr dəfələrlə vurğulayıb ki, qrup studiya yazılarından daha çox canlı ifalara üstünlük verib və məhz konsertlər "Grateful Dead"in uğurunun əsasını təşkil edib.
Hüseyn İbadlı
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi







.jpg)
























.jpg)
.jpg)

