Magazin2
Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində qan və saç nümunələri götürülən 19 şübhəli ilə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hesabat hazırlanıb.
Publika.az xəbər verir ki, hesabata əsasən, narkotik testinin cavabı pozitiv çıxan məşhurlar arasında "Kızılcık Şerbeti" serialının aktyoru Doğukan Güngör də var.
Hətta bu səbəbdən aktyorun serialın heyətindən uzaqlaşdırıldığı barədə məlumat yayılıb. Serialda baş rolu canlandıran Doğukanın uzaqlaşdırılması onun pərəstişkarları ilə yanaşı özünü də təəccübləndirib.
Aktyor məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama da yayımlayıb. O, bu qərarı alan TV rəhbərliyini amansızlıqda ittiham edib və onları Allaha tapşırıb.
"Son hadisələrə görə, 4 mövsüm boyu böyük həvəslə işlədiyim "Kızılcık Şərbəti" serialından Show TV rəhbərliyinin qərarı ilə uzaqlaşdırıldığımı öyrəndim.
Bu həyatda hər kəs səhv edə bilər və mən həm Respublika Prokurorluğuna, həm də ictimaiyyətə səmimi və dürüst şəkildə səhv etdiyimi, amma indi çox peşman olduğumu və təmiz bir həyata doğru ilk addımlarımı atdığımı bildirmişdim. Hər pis vəziyyətdə yaxşılığın olduğuna inanaraq, bu son hadisədən sonra özümü tamamilə işimə həsr etdim və təmiz bir həyat yaşamağa söz verdim.
Amma bu gecə qəfildən aldığım bu pis xəbərlə, hər kəs kimi, bəzi insanların və qurumların qərar qəbul edərkən nə qədər amansız ola biləcəyinin şahidi oldum. Buna baxmayaraq, bu həyatda səhv edən nə ilk, nə də son insanam.
Bu amansız insanları və qurumları tərk edirəm. İnanıram ki, hər kəs ikinci şansa layiqdir, onları vicdanlarına və Allaha tapşırıram.
Bununla belə, ictimaiyyətə aydın şəkildə bildirmək istəyirəm ki, mən ayağa qalxmışam və təmiz həyat sürmək vədimə əməl edərək, tezliklə daha yaxşı işlərlə sizinlə, pərəstişkarlarımla birlikdə olacağam.
Bu çətin anlarda yanımda olan və mənə sevgilərini göstərən bütün dostlarıma, əziz azarkeşlərimə və sevimli ailəmə təşəkkür edirəm", - deyə aktyor bildirib.
Ləman
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



