Magazin2
Balidə istirahət edən məşhurlar arasında qanlı dava: model blogeri xəstəxanalıq etdi - FOTO
İndoneziyanın kurort adası olan Balidə istirahət edən tanınmış şəxslər arasında qanlı dava düşüb. Qazaxıstanlı model Gülsesim Altaybekova rusiyalı bloger Karina Fadeyevaya ağır bədən xəsarətləri yetirdiyi üçün yerli polis tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, hadisə Balidəki populyar barların birində baş verib. Məlumata görə, tərəflər arasında yaranan mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, model Gülsesim Altaybekova metal çıraq (işıqlandırma cihazı) ilə rusiyalı blogger Karina Fadeyevanın başına zərbələr endirib.
Hücum nəticəsində Karina Fadeyeva baş nahiyəsində dərin kəsiklər və kəllə-beyin travması alıb, eşitmə qabiliyyətinin qismən itirib.
Qazaxıstanlı model Altaybekova Balidən qaçmağa cəhd edərkən saxlanılıb.
O, istintaq müddətində 60 günlük müvəqqəti həbs qətimkan tədbiri ilə nəzarət altına alınıb.
Onu ağır bədən xəsarəti yetirmə maddəsi ilə uzunmüddətli həbs cəzası gözləyir.
Klub rəhbərliyi münaqişənin blogerin dostları tərəfindən başladıldığını iddia etsə də, zərərçəkən Fadeyeva bunun tamamilə əsassız olduğunu və hücumun qəfildən, səbəbsiz edildiyini bildirir. Qazaxıstan hökuməti öz vətəndaşına hüquqi yardım göstərmək üçün prosesi yaxından izləyir.
(Milli.az)
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI








































