Magazin2
"Şmatko" görmə qabiliyyətini itirib?
Məşhur "Əsgərlər" serialında "praporşik" Şmatko rolunu canlandırmış teleserial ulduzu Aleksey Maklakovun səhhətində ciddi problem yaranıb.
Publika.az "Mash" Teleqram kanalına istinadən xəbər verir ki, sənətçi görmə problemləri səbəbindən xəstəxanaya yerləşdirilib.
"Mash" özünün mənbəsinə istinad edib. Məlumata görə, 63 yaşlı aktyor axşamlar görmə qabiliyyətinin xeyli pisləşməsindən şikayətlənirmiş. O, həkimlərə ssenariləri oxumağın və xırda şriftlərlə işləməyin olduqca çətinləşdiyini deyib.
Həkimlər lazımi müayinələri aparıblar. Aktyor, çox güman ki, gözün büllur qışasında ağır əməliyyat keçirəcək.
Qeyd edək ki, rus teatr və kino aktyoru olan Aleksey Maklakov Rusiya Federasiyasının əməkdar artistidir. O, "Əsgərlər" teleserialının yayımlanmasından sonra geniş şöhrət qazanıb. Sənətçi həmçinin "DMB", "Yolki", "Gecə növbətçisi", "Mayor Qrom" və digər filmlərdə də rol alıb. Onun filmoqrafiyasında 110-dan çox film var.
Tural
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

























.jpg)














