Magazin2
Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
Türkiyə pop musiqisinin tanınmış simalarından biri, uzun illərdir Multiple Skleroz (MS) xəstəliyindən əziyyət çəkən Serdar Ortaç konsert zamanı səhnədə tarazlığını itirərək yıxılıb.
Publika.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilib ki, hadisə Ortaçın canlı çıxışı zamanı baş verib və müğənni bir anlıq nəzarəti itirib.
Şahidlərin sözlərinə görə, səhnədə qısa müddətli gərginlik yaranıb. Konsert heyəti və təhlükəsizlik əməkdaşları dərhal sənətçiyə kömək edərək onu ayağa qaldırıblar. Serdar Ortaç tamaşaçıların alqışları fonunda çıxışını yarımçıq qoymadan davam etdirib.
Türkiyə mətbuatı yazır ki, müğənninin səhhəti ilə bağlı ciddi problem qeydə alınmayıb, lakin ehtiyat məqsədilə səhnə arxasında qısa tibbi nəzarətdən keçirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, Serdar Ortaç daha əvvəl verdiyi müsahibələrdə MS xəstəliyinin gündəlik həyatına və səhnə fəaliyyətinə təsir etdiyini açıq şəkildə etiraf etmişdi. Buna baxmayaraq, sənətçi uzun müddətdir musiqidən uzaq qalmamağa çalışır və konsert proqramlarını davam etdirir.
Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub, pərəstişkarlar müğənniyə dəstək mesajları paylaşıblar.
Hüseyn İbadlı
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var




















.jpg)




.jpg)














