Magazin2
“Stalin” vəfat etdi
Müxtəlif kino layihələrində vaxtaşırı SSRİ lideri İosif Stalin rolunu canlandıran aktyor İqor Quzun 65 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Kinoteatr.ru portalı məlumat yayıb.
Bildirilib ki, sənətçi fevralın 6-da, cümə günü dünyasını dəyişib.
Verilən məlumatlara görə, keçmişdə Quzunun səhhətində ciddi problemlər olub. 2017-ci ildə çəkilişə gedərkən huşunu itirərək xəstəxanaya yerləşdirilən aktyora insultöncəsi vəziyyət və astenik sindrom diaqnozu qoyulmuşdu. Həmçinin bəzi mənbələrdə evsiz həyat tərzi sürməsi səbəbindən aktyorun ayaqlarının tutulduğu bildirilsə də, bunun ölüm səbəbi ilə bağlı olub-olmadığı məlum deyil.
İqor Quzun Kişinyov Dövlət Pedaqoji İnstitutunun bədii-qrafika şöbəsinin və Buxarest Kino Sənəti Akademiyasının aktyorluq-rejissorluq kurslarının məzunu olub. O, bir müddət Kişinyovda rəsm müəllimi işləyib, daha sonra "Moldova-film" studiyasında fəaliyyət göstərib.
Ümumilikdə 83 layihədə 80-dən çox rol ifa edən Quzun, "Diplomatik vəziyyət", "Nümunəvi yaşayış evi", "Sehrbazın macəraları" kimi ekran işlərində, həmçinin "Poker 45. Stalin, Çörçill, Ruzvelt" sənədli filmində səkkiz dəfə Stalin obrazını canlandırıb.
Hüseyn İbadlı
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO












.jpg)











.jpg)














