Magazin2
Madonna bu oyunu stadiondan izlədi - Foto
67 yaşlı pop müğənnisi Madonna İngiltərə Qadınlar Super Liqasının “Tottenhem” və “Çelsi ” (0-2) arasında keçirilən oyununa qatılıb.
Publika.az xəbər verir ki, bundan əvvəl o, “Tottenhem” akademiyasında təhsil alan övladlığa götürdüyü 13 yaşlı əkiz qızları Stella və Esterə dəstək olub.
Madonna sosial mediada yazıb: “İrəli, Stella və Ester, Tottenham qalib gəlir!!! 5-0” .
O, 29 yaşlı Akim Morrislə birlikdə tribunada şəkil çəkdirib. Cütlüyün nişanlı olduğu bildirilir.
Madonnanın futbola maraq göstərməsi ilk dəfə deyil. 2017-ci ildə oğlu David Bandanın futbol karyerasına dəstək olmaq üçün Lissabona köçüb. O, 12 yaşından etibarən “Benfika” akademiyasında oynayıb, lakin heç vaxt peşəkar olmayıb və hazırda bəstəkar kimi çalışır.
Madonnanın ilk dəfə Böyük Britaniyada futbol matçlarına kinorejissor və “Çelsi” azarkeşi Qay Riçi ilə evli olduğu zaman qatıldığı güman edilir.
Müğənninin altı övladı var: ikisi bioloji, dördü isə övladlığa götürülüb.
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO












.jpg)











.jpg)














