Magazin2
Məşhur teleaparıcıya təcavüz edilib? - “İllər boyu özümü günahlandırdım”
Məşhur britaniyalı teleaparıcı Eşli Ceyms gənclik illərində üzləşdiyi zorlama hadisəsi barədə danışıb.
Publika.az xəbər verir ki, bu barədə "The Mirror" qəzeti "This Morning" şousunun aparıcısının sözlərindən sitat gətirib.
Ceyms hadisənin tələbəlik illərində baş verdiyini bildirib, lakin hücum edən şəxsin kimliyini açıqlamayıb.
"Bəli, mən sərxoş idim, bəli, mən bəzəkli geyimdə idim. Amma bu, mənim günahım deyildi", - deyə o qeyd edib.
Məşhur aparıcı cəmiyyətdə və mədəniyyətdə qurbanları günahlandırma meylinin olmasından təəssüfləndiyini bildirib:
"Biz kişilərə zorlamamağı öyrətmək əvəzinə, qadınlara zorlanmamağın yollarını öyrədirik. Kişilər bizə təcavüz etməyi dayandıra bilərlər".
İki övlad anası olan aparıcı hücumla bağlı polisə şikayət etmədiyini də əlavə edib:
"Polisin mənə inanmayacağını düşündüyüm üçün deyil, sadəcə bu insan qaranlıq küçədəki bir yad adam deyildi. O, mənim dostum idi. Buna görə də illər boyu yalnız özümü günahlandırdım. Hətta indi də onu zorakı kimi düşünmək mənə çətindir".
Hüseyn İbadlı
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
























.jpg)















