Magazin2
Salsa musiqisinin banisi vəfat etdi
Əfsanəvi amerikalı trombon ifaçısı, bəstəkar və puertoriko mənşəli aranjimançı Villi Kolon 75 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, musiqiçinin ölümü barədə ailəsi məlumat yayıb.
Salsa musiqisinin banisinin vəfatının rəsmi səbəbi açıqlanmır.
Müxtəlif mənbələrdən məlum olub ki, Kolon ölümündən bir neçə gün əvvəl Nyu-York ştatının Bronksvill şəhərindəki Lourens xəstəxanasına təcili yerləşdirilib. "Yonkers Voice News" portalı və salsa fəalı Xuana Penyanın açıqladığı ilkin məlumatlara görə, buna səbəb tənəffüs ağırlaşmaları olub. Həmkarının səhhətindəki problemləri panamalı müğənni Ruben Blades də dolayısı ilə təsdiqləyib; o, sosial şəbəkələrdə pərəstişkarlarını keçmişdə gərgin münasibətləri olduğu Kolonun sağlığı üçün dua etməyə çağırıb. Ölüm xəbərindən sonra Blades emosional bir vida yazısı paylaşaraq onların uzun müddət davam edən düşmənçiliyinə son qoyub.
1950-ci il aprelin 28-də Nyu-Yorkda puertorikolu mühacir ailəsində dünyaya gələn Villi Kolon musiqi yoluna 12 yaşında truba ilə başlayıb, lakin qısa müddət sonra onun vizit kartına çevrilən trombona keçid edib. Artıq 15 yaşında o, əfsanəvi "Fania Records" leyblı ilə müqavilə imzalayıb, 17 yaşında isə (1967-ci ildə) 300 mindən çox tirajla satılan "El Malo" adlı debüt albomunu çıxarıb. Onun vokalçı Ektor Lavo ilə əməkdaşlığı salsanın qızıl fonduna daxil olan "Calle Luna, Calle Sol" və "Juana Peña" kimi ölməz hitləri ərsəyə gətirib. Daha sonra Ruben Blades ilə qurduğu duet dünyaya 1978-ci ilin epoxal "Siembra" albomunu və kulta çevrilmiş "Pedro Navaja" kompozisiyasını bəxş edib.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat22 Sentyabr 19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
























.jpg)









