Magazin2
Leonardo Di Kaprionun filmi BAFTA mükafatına layiq görüldü
Amerikalı rejissor Pol Tomas Andersonun baş rolda Leonardo Di Kaprionun çəkildiyi "Döyüş ardınca döyüş" (Battle after Battle) döyüş filmi Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) altı mükafatını qazanıb.
Publika.az xəbər verir ki, bu, Birləşmiş Krallığın əsas kino mükafatının 79-cu təqdimetmə mərasimində elan edilib.
Qara komediya elementlərinin yer aldığı kinolent ümumilikdə 14 nominasiya üzrə namizəd göstərilmişdi. Beləliklə, film "Ən yaxşı film", "Ən yaxşı rejissor işi", "Ən yaxşı ikinci plan kişi rolu" (Şon Penn), "Ən yaxşı montaj", "Ən yaxşı operator işi" və "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyalarında "Bürünc maska"lara layiq görülüb.
Amerikalı rejissor Rayan Kuqlerin 13 nominasiyada iştirak edən "Günahkarlar" (Sinners) ekran əsəri üç mükafatla — ən yaxşı ikinci plan qadın rolu (Vunmi Mosaku), ən yaxşı orijinal ssenari və film musiqisinə görə fərqlənib.
Meksikalı quruluşçu rejissor Gilermo del Toronun "Frankenşteyn" filmi də üç mükafata layiq görülüb: "Ən yaxşı quruluşçu rəssam işi", "Ən yaxşı qrim və saç düzümü" və "Ən yaxşı kostyum dizaynı".
Xarici dildə ən yaxşı film nominasiyasının qalibi isə danimarkalı rejissor Yoakim Trierin "Sentimental dəyər" (Sentimental Value) dramı olub.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

















.jpg)





.jpg)















