Magazin2
Tatlısəsdən oğlu ilə bağlı sərt açıqlama - Sənə nifrət edirəm
Türkiyəli müğənni İbrahim Tatlısəs son günlər övladlarının onun barəsində səsləndirdiyi iddialara münasibət bildirib.
Publika.az xəbər verir ki, Tatlısəs oğlu Ahmet və qızı Dilan Çıtak üçün əlindən gələni etdiyini, lakin qarşılığında məyusluq yaşadığını deyib.
O bildirib ki, ən böyük zərbəni yaxınlarından aldığını düşünür. Müğənni övladlarına maddi və mənəvi dəstək göstərdiyini, biznes qurmaqda və ev almaqda kömək etdiyini vurğulayıb. Onun sözlərinə görə, Manisada alınan mənzillər sonradan satılıb və əldə olunan vəsait ailə daxilində bölüşdürülməyib:
"Qohumun insana etdiyini əqrəb belə etməzmiş. Məni ən yaxınlarım vurur. Biri erkəkdir, biri də qadın (oğlu Ahmetlə, qızı Dilanı nəzərdə tutur). Bağırır ki, "Acun mənim əmim olsaydı". Nişantaşındakı dükanı ona mən açdım, maşın aldım. Bodrumda mağaza açdı, "ata, ortağıq" dedi. Hamısını mən etdim. Nə oldu? Ortada heç nə qalmadı. Allah insanı belə övladlardan qorusun. Danışmıram, elə bilirlər ki, haqsız tərəfəm. Onun üçün Manisada 5 mənzil aldım. Onları satdı. "Ailəmdir" deyir, bəs pullarını kimə verdin? Urfadakı bacılarına o puldan verdin? 3-5 ay olar ki, satılıb, 10 milyon pul etdi. Qızlara 5 qəpik pul da vermədi. Sənə nifrət edirəm, oğlum" .
Müğənni bəzi övladları ilə hazırda münasibətlərinin soyuq olduğunu desə də, İdo və Mələyin onunla maraqlandığını qeyd edib. O, həmçinin Urfadakı qızlarının onun üçün dua etdiyini bildirib və ailə məsələlərində daha həssas yanaşma gözlədiyini vurğulayıb.(milli.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat22 Sentyabr 19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
























.jpg)









