Magazin2
Kirkorovun mülklərinin siyahısı: Təkcə kommunal xərclərə görə 10 milyon manat borcu var
Rus müğənni Filipp Kirkorovun Moskvada kommunal xidmətlər üçün yarım milyon rubldan çox borcu var.
Publika.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, müğənni ötən ildən bəri şəhər mərkəzindəki dəbdəbəli mənzillərinin kirayə haqqını ödəmir. Sözügedən əmlakların ümumi dəyərinin bir milyard rubldan çox olduğu bildirilir.
Kirkorov Arbat küçəsi yaxınlığında, Filippovski küçəsində 650 milyon rubla (14 milyon manat) 537 kvadratmetrlik penthausa, hər biri 209 və 190 kvadratmetr olan 480 milyon dəyərində (10 milyon manat) iki bitişik birinci mərtəbə mənzilinə və 20 milyon rubla (450 min manat) iki dayanacaq yerinə sahibdir. Müğənninin bu ünvanda kommunal xərclərə də 456.000 rubl (təxminən 10 milyon manat) borcu var.
Kirkorov həmçinin Moskvanın Taqanski rayonundakı Zemlyanoy Val küçəsindəki bir binada ümumi dəyəri 180 milyon rubl (4 milyon manat) olan beş mənzilə sahibdir. Musiqiçi ikinci mərtəbədəki üç mənzili birləşdirilib və ümumi sahəsi 205 kvadratmetrdir.
Qonşu binanın üçüncü mərtəbəsində Kirkorov daha iki mənzili birləşdirib və nəticədə ümumi sahəsi 135 kvadratmetr olub. Bu mənzil üçün 65.000 rubl (1500 manat) borcludur.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat22 Sentyabr 19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
























.jpg)









