Magazin2
Türkiyədə bir qəza ilə həyatı dəyişən azərbaycanlı Nail hamını kövrəltdi - VİDEO
Türkiyəli aktyor Oktay Kaynarcanın aparıcısı olduğu “Kim milyoner olmak ister?” verilişinə daha bir azərbaycanlı iştirakçı qatılıb.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, yarışmaya təkərli oturacaqda qatılan Nail Əliyevin həyat hekayəsi izləyiciləri təsirləndirib.
O bildirib ki, 2008-ci ildə ilk dəfə Türkiyəyə universitetdə oxumaq üçün gedib, lakin 2-ci kursda dostları ilə qəzaya düşüb: “Çanakkale 18 Mart Universitetinin 2-ci kursunda oxuyarkən avtomobil qəzası nəticəsində onurğa sümüyüm qırıldı və əlil oldum. Aşan avtomobilin içərisində tavanla oturacağın arasında sıxılı vəziyyətdə qaldım. Bu müddətdə universitet təhsilim yarıda qaldı, fizioterapiyalara başladım.
Həmin ərəfələr Azərbaycanda bacım məni ziyarətə gələndə həyat yoldaşımla tanış oldum, onun yanında gəlmişdi. O gündən sonra başlayan dostluğumuz evliliyə doğru getdi. Sonra universitet təhsilimi Azərbaycanda tamamlayıb Türkiyəyə qayıtdım.
Özəl universitetdə qrafik dizayner işlədim. Hazırda frilans olaraq çalışıram. Bir oğlum var. Oğlum dünyaya gəlməzdən əvvəl Hatayda zəlzələ olmuşdu. Biz də televiziyada ana-atasız uşaqları gördüyümüz zaman düşündük ki, dünyaya övlad gətirmək əvəzinə, həmin uşaqları övladlığa götürərək onlara yuva olaq.
Bu səbəbdən müraciət etdik. Bir neçə görüş təyin etdilər. Amma bildirdilər ki, əlil birinə övlad verilə bilməz. Özümü bu qərara hazırladıqdan sonra əlilliyimin rəsmi formada üzümə vurulması məni kədərləndirdi. Daha sonra öz övladım oldu. Həyat yoldaşım işlədiyi üçün həftənin 3 günü oğluma özüm baxıram. Mən yarım qalan həyatıma onunla davam edirəm, onunla çox şey öyrənib, onunla böyüyürəm”.
Daha ətraflı videoda:
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO























.jpg)










