Magazin2
Əfsanəvi qrupun gitaristi vəfat etdi
Britaniyanın əfsanəvi hevi-metal qrupu "Motörhead"in gitaraçısı Filip Kempbell cümə günü 64 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onu qrupu olan “Phil Campbell and the Bastard Sons” sosial mediada məlumat paylaşıb.
Qeyd olunub ki, o, mürəkkəb əməliyyatdan sonra uzun müddət cəsarətlə həyat uğrunda mübarizə aparıb.
Kempbell 1984-cü ildə "Motörhead" qrupuna qoşulub və 2015-ci ildə əfsanəvi kollektiv dağılana qədər onun tərkibində qalıb.
Qrup 1975-ci ildə yaradılıb və populyarlığının zirvəsinə 1980-ci illərin əvvəllərində çatıb. "Motörhead"in dəyişməz lideri vokalçı və bas-gitaraçı İan Freyzer "Lemmi" Kilmister olub. Qrupun 1980-ci ildə işıq üzü görən "Ace of Spades" albomu ən uğurlu layihəsi hesab olunur və uzun müddətdir ki, ağır rok pərəstişkarları tərəfindən bu musiqi istiqamətində janrın klassikası kimi qəbul edilir.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














