Magazin2
İntihar etdiyi deyilən məşhur aparıcı öldürülübmüş - ŞOK İDDİA
İstanbulda sosial şəbəkə fenomeni kimi tanınan 27 yaşlı model və teleaparıcı Ayşegül Eraslan faciəvi şəkildə vəfat edib.
Publika.az xəbər verir ki, gənc qadın öz evində ölü tapılıb, yanından isə vida məktubu aşkar edilib. Lakin ölüm şəraiti artıq çoxsaylı suallar və mübahisələr doğurub, ulduzun yaxınları isə onun intihar etmədiyini iddia edirlər.
"Haberler" nəşrinin məlumatına görə, uzun müddət Ayşegüllə əlaqə saxlaya bilməyən yaxınları həyəcan təbili çalıblar. Onun evinə gələn yaxınları qapı kilidli olduğu üçün içəri girə bilməyiblər və polis çağırıblar. Qapını qıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları gənc qadını huşsuz vəziyyətdə tapıblar. Hadisə yerinə gələn həkimlər onun ölümünü təsdiqləyiblər.
Mənzildə tapılan və məzmunu sürətlə mətbuata sızan intihar məktubunda belə yazılıb:
"Mənmi çox həssas idim, yoxsa həyat həqiqətənmi qəddardır. Tək xahişim odur ki, itlərimə yaxşı baxın. Bu həyatda nə ana, nə də ata sevgisi gördüm, qəddarlıq içində böyüdüm. Bilmədiyiniz və demədiyim şeylər var. Tək bildiyim odur ki, mən çox yaxşı insan olmuşam. Heç kimə pisliyim dəyməyib".
Gənc qadının yaxın dostu Semih Palancı sensasiyalı bəyanatla çıxış edib. O, intihar versiyasını qətiyyətlə rədd edərək Ayşegülün öldürüldüyünü iddia edib. Onun sözlərinə görə, tapılan məktubdakı əl yazısı rəfiqəsinə məxsus deyil. Bu bəyanat faciəni kriminal araşdırma müstəvisinə keçirib. İstanbul polisi artıq modelin ölüm şəraitinin yoxlanılmasına başlayıb; belə ki, hadisə intihar deyil, diqqətlə pərdələnmiş qətl ola bilər. Müstəntiqlər məktubun həqiqiliyini aydınlaşdırmalı və populyar teleulduzun həyatının son saatlarını bərpa etməlidirlər.
Ayşegül Eraslan Türkiyə şou-biznesinin tanınmış simalarından biri, “İşte Benim Stilim” verilişinin aparıcısı idi. O, müxtəlif ölkələrə səyahətlərindən fotolar paylaşdığı bloqunu aktiv şəkildə idarə edirdi və geniş pərəstişkar ordusuna sahib idi. Onun qəfil ölümü pərəstişkarlarını şoka salıb.
Hüseyn İbadlı
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO



































.jpg)
.jpg)

.jpg)