Magazin2
"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı
Amerikalı aktyor və kinorejissor Şon Penn Ukrayna Silahlı Qüvvələrinin 157-ci Briqadasının əsgərləri ilə görüşüb.
Publika.az xəbər verir ki, bununla bağlı sosial mediada paylaşılan fotolarda məşhuru Ukrayna prezident aparatının keçmiş rəhbəri Andrey Yermakın da müşayiət etdiyi görünür.
Onlar birlikdə Slovyansk şəhərinə səfər ediblər.
Penn hərbçilərlə danışıb, cəsarətlərinə görə təşəkkür edib və səmimi dəstəyini ifadə edib.
Ukrayna Dəmir Yollarının (UD) nümayəndələri daha sonra aktyora xüsusi heykəlcik təqdim ediblər. Onlar aktyorun Ukraynaya planlaşdırılan səfəri səbəbindən "Oscar" mərasimində iştirak etməməsi səbəbində ulduza bu hədiyyəni təqdim etmək qərarına gəliblər.
Xatırladaq ki, 15 martda keçirilən 98-ci "Oscar" mükafatlandırma mərasimində Şon Pennə "Döyüş ardınca döyüş" filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında mükafat verilib. Penn Ukraynaya səfər etməli olduğu üçün mərasimdə iştirak etməyib.
Aktyor ictimai və siyasi fəallığı ilə tanınır: O, 2002-ci ildə ABŞ prezidenti Corc Buşun İraqa hücum qərarına qarşı çıxıb, 2005-ci ildə "Katrina" qasırğasından sonra Yeni Orleanda xilasetmə qayığını şəxsən idarə edib, 2010-cu ildə Haitidə məcburi köçkünlər üçün düşərgə yaratmaq məqsədilə xüsusi təşkilat təsis edib.
Soyuq müharibənin başlamasından sonra Penn Ukraynaya tez-tez və uzunmüddətli səfərlər etməyə başlayıb və orada "Supergüc" sənədli filmini çəkib. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb və ona "Oscar" mükafatlarından birini verib. Penn münaqişə bitdikdən sonra heykəlciyi geri götürəcəyini bildirib. O, hətta Ukrayna Silahlı Qüvvələri üçün güllə hazırlamaq məqsədilə heykəlciyi əritmək niyyətindən də bəhs edib.
Ləman
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


















081218_2.jpg)







.jpg)














