Magazin2
Dəhşətli qətlə görə türkiyəli müğənni saxlanıldı
Türkiyədə futbolçu Kubilay Kaan Kundakçının ölümü ilə nəticələnən silahlı hücumun təfərrüatı məlum olub.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı məşhur müğənni Aleyna Kalaycıoğlu saxlanılıb.
İddiaya görə, hadisə martın 19-na keçən gecə baş verib. "Kars 36 Spor" klubunun gənc futbolçusu Kundakçı repçi Vahap Canbay ilə müğənni Aleyna Kalaycıoğlunu barışdırmaq üçün vasitəçilik etməyə çalışıb.
Tərəfləri görüşdürmək məqsədilə studiyanın qarşısında avtomobildə gözləyən qrupa qəfil silahlı hücum edilib. Açılan atəş nəticəsində ağır yaralanan gənc futbolçu xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.
İstintaqın ilkin məlumatlarına görə, atəş açan şəxsin iş adamı Bilal Kadayıfçıoğlunun oğlu Alaattin Kadayıfçıoğlu olduğu iddia edilir. Şübhəlinin hadisədən dərhal sonra qaçdığı və polisin onun saxlanılması üçün genişmiqyaslı əməliyyat başlatdığı qeyd olunur.
Cinayət işi çərçivəsində hadisə yerində olan müğənni Aleyna Kalaycıoğlu polis tərəfindən saxlanılıb. (Oxu.az)
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


















081218_2.jpg)







.jpg)














