Magazin2
“Lukası”n klonunu yaradan məşhur doktor VƏFAT ETDİ
Braziliyalı aktyor və teleaparıcı, "Klon" serialının ulduzu Juka de Oliveyra vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Braziliyanın "Poder360" nəşri məlumat yayıb.
91 yaşlı sənətçinin səhhəti martın 13-də kəskin şəkildə pisləşib. Juka de Oliveyra San-Pauludakı Suriya-Livan hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. O, ürək problemləri ilə ağırlaşan pnevmoniyadan müalicə olunsa da, martın 21-də dünyasını dəyişib.
"Karyerası ərzində o, bir çoxunu özü yazdığı mühüm teatr tamaşalarında iştirak edib, həmçinin bütün ölkədə izlənilən teleseriallarda və televiziya proqramlarında çəkilib. Onun yaradıcılığı hər zaman bədii ciddiliyi və Braziliya mədəniyyətinə sadiqliyi ilə seçilib", — deyə ailəsi qeyd edib.
Sənətçinin dəfn mərasimi martın 22-də baş tutacaq.
Juka de Oliveyraya dünya şöhrətini "Klon" serialındakı doktor Auqusto Albieri rolu gətirib. Məhz o, serialın baş qəhrəmanlarından birinin (“Lukas”) klonunu yaradıb və hekayənin əsas münaqişəsinin səbəbkarı olub. Aktyorun özü bu rolu çox sevir, serialı isə şahəsər adlandırırdı.
Sənətçi sonuncu rolunu 2017-ci ildə "Cənnətin digər tərəfi" serialında canlandırıb.
Hüseyn İbadlı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
























.jpg)











