Magazin2
İran raketləri "gecənin sehri"ni pozdu - Şakira ilk konsertini ləğv etdi
Latın Amerikası müğənnisi Şakiranın Qətərdəki ilk konsertinin təşkilatçıları regiondakı münaqişə səbəbindən tədbiri qeyri-müəyyən müddətə təxirə salıblar.
Publika.az xəbər verir ki, bu barədə "The Peninsula Qatar" qəzeti məlumat yayıb.
"Mövcud regional vəziyyətlə əlaqədar Şakiranın 'Las Mujeres Ya No Lloran' dünya turu çərçivəsində Dohadakı 'Stadium 974'də keçirilməsi planlaşdırılan konserti təxirə salınıb", - deyə məlumatda bildirilir.
Konsertin təşkilatçısı olan "Platinumlist" şirkətinin məlumatına görə, hazırda tədbir üçün yeni tarixin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Qeyd olunub ki, bu konsert "sehrli bir gecə" və regionda indiyədək keçirilən ən böyük konsert olmalı idi.
Şakira Dohada "Las Mujeres Ya No Lloran" dünya turu çərçivəsində çıxış etməyi planlaşdırırdı. Qiyməti 25 dollardan başlayan biletlər digərlərindən daha sürətlə satılıb qurtarmışdı. Həmçinin təşkilatçılar şou üçün bilet satışının davam etdiyini bildirmişdilər.
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
























.jpg)















