Magazin2
"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"
Xəbər verdiyimiz kimi, Türkiyədə silahlı hücum zamanı qətlə yetirilən 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı cinayətində saxlanılanlar arasında müğənni Sibel Canın qızı Melisanın keçmiş nişanlısı, iş adamı Bilal Kadayıfçıoğlunun oğlu Alaattin Kadayıfçıoğlu da yer alıb.
Publika.az xəbər verir ki, Melisanın atası Hakan Ural ilk dəfə məsələyə münasibət bildirib:
"Melisanın nə səhvləri olubsa, həmişə yanında olmuşam. 30 yaşı var. Tək münasibətdə olduğu da Alaattin olmayıb. Bu məsələ olmasaydı, heç bunu da bilməyəcəkdiniz. Onlar ayrılalı bir il yarım olub. Mən uşaqlarımda gördüyüm səhvləri irad bildirirəm, amma onları heç vaxt bu mövzuda tək buraxmaram. Zamanla səhvlərini özlərinin görməyinə çalışıram.
Qızım Alaattinlə münasibətdə olduğu vaxt şəkilləri yayıldı. Çünki anası Sibel Can, atası da mənəm. Adi bir qız il ərzində 10 adamla münasibətdə olsa, xəbəriniz olmaz. Amma məşhurun qızı olanda “ildə 100 adamla sevgili olur” kimi xəbərlər çıxır. Normal davranan adama nə etməli idim? Nə bilərdim ki, cinayət işləyəcək?
Onun atası ilə də iki dəfə oturmuşuq. Qızım ondan ayrılanda bilirsiniz heç nələr yaşadı? Nə bilirsiniz ki, nə danışırsınız? Heç nədən xəbəriniz yoxdur. Qızımla 2 il sevgili oldular. Bizi tanış etmək istəyəndə razılaşdım ki, görüm kimlə oturub-durur.
Aradan bu qədər müddət keçir, cinayət işlənir və mənim qızımın adı hallanır. Məni yerdən-yerə vurun, amma uşaqlarıma bunu etməyin. Ortada bir cinayət də var. Ağlı başında olan insanlar deyir ki, “Allah qurtardı sizi”. Amma sosial mediada izləyicilər qısqanclıqdan, düşmənçilikdən, cahillikdən nə gəldi yazırlar. Ağzınla quş tutsan da, pis nəsə axtarırlar ki, yazsınlar".
Qeyd edək ki, 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı cinayətinə görə 7 nəfər saxlanılıb. Həbs olunanlar arasında Aleyna Kalaycıoğlu və müğənni İzzet Yıldızhan da var. (Axşam.az)
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını vuraraq öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur







.jpg)

.jpg)












.png)












