Magazin2
Ancelina Coliyə ağır itki üz verdi - FOTO
Amerikalı bəstəkar və kantri musiqisi ifaçısı Çip Teylor 86 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Deadline" nəşri sənətçinin övladlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, musiqiçi martın 23-ü axşam saatlarında hospisdə dünyasını dəyişib.
"Onun son günləri sakit keçdi. Çip musiqi vasitəsilə insanlarla ünsiyyət qurmağın bəxş etdiyi o möhtəşəm lütfü sevir və bu birliyə həqiqətən dəyər verirdi. O, hamınızı öz dostu hesab edirdi", - deyə bəstəkarın varisləri onun "Facebook" səhifəsində yazıblar.
Çip Teylor 1940-cı ilin martında Nyu-York ştatında doğulub. Əvvəlcə atasının yolu ilə gedib peşəkar qolfçu olmağı planlaşdırsa da, sonradan kolleci ataraq musiqi ilə məşğul olub. Sənətçi hazırda "Sony Music" adlanan "April Blackwood" leybli ilə müqavilə imzalayıb.
Bəstəkar 1966-cı ildə "The Troggs" qrupunun ifasında yazılan "Wild Thing" mahnısının müəllifidir. 2019-cu ildə bu əsər "Qremmi" mükafatının Şöhrət Zalına daxil edilib. Bundan əlavə, Çip Teylor 1967-ci ildə İvi Sendsin ifasında yazılan "Angel of the Morning" mahnısının da müəllifidir. Musiqiçi, həmçinin Conni Keş, Linda Ronstadt, Tina Törner, Cenis Coplin və digər sənətçilər üçün mahnılar yazıb. 2007-ci ildə Teylor özünün "Train Wreck Records" leybli təsis edib.
Bəstəkarın iki övladı və beş nəvəsi qalıb. Çip Teylor aktyor Con Voytun qardaşı, aktrisa Ancelina Colinin isə əmisidir. Sənətçinin həyat yoldaşı Coan Kerol Frey 2025-ci ildə vəfat edib.
Hüseyn İbadlı
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
















.jpg)

.jpg)
.jpg)






.jpg)












