Magazin2
Məşhur model "OnlyFans"dan ayrılıb xristianlığı qəbul etdi - FOTO
Amerikalı model və bloger MakKinzi Valdes "OnlyFans" platformasındakı fəaliyyətini dayandırdığını və xristianlığı qəbul etdiyini bəyan edib.
Publika.az "Where is The Buzz" (WITB) nəşrinə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylaşdığı videoda məlumat verib.
Valdesin sözlərinə görə, bu qərar onun mənəvi təcrübəsi ilə bağlıdır və bundan sonra o, həyatını İsaya həsr edəcək.
Model sosial şəbəkələrdən uzaqlaşmağı planlaşdırmadığını, lakin öz auditoriyasından daha müsbət məqsədlər üçün istifadə etmək istədiyini qeyd edib.
Bloger bildirib ki, hələ 16 yaşına çatmamış bir milyondan çox izləyicisi olub, "OnlyFans" hesabını isə auditoriyasının bir hissəsinin gözləntiləri səbəbindən yetkinlik yaşına çatan kimi açıb. İndi o, istifadəçilərin bu cür reaksiyasını "qəribə" hesab edir və digər gənc qızların da bənzər təzyiqlərlə üzləşdiyini vurğulayır.
İnancını dəyişdikdən sonra Valdes həyatında ciddi dəyişikliklər etdiyini açıqlayıb: o, "Instagram"dakı paylaşımlarının böyük hissəsini silib və yeni əqidəsinə uyğun gəlməyən geyimlərindən qurtulub. O, sosial şəbəkə fəaliyyətini davam etdirmək niyyətində olsa da, gələcək kontentinin formatını hələ tam müəyyənləşdirməyib.
İstifadəçilərin onun bu qərarına reaksiyası birmənalı olmayıb. Valdes sonrakı paylaşımlarında vurğulayıb ki, xristian təliminə görə, hər bir insan səmimi peşmanlıq çəkərsə, keçmişindən asılı olmayaraq dəyişə bilər. O, həmçinin nümunəsinin digər insanlara müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.
Hüseyn İbadlı
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
















.jpg)

.jpg)
.jpg)






.jpg)












