Magazin2
"Avroviziya" fərqli qitəyə köçür
Beynəlxalq "Avroviziya" mahnı müsabiqəsi Asiyaya köçəcək.
Publika.az xəbər verir ki, bu barədə musiqi yarışmasının rəsmi yayımçısı olan Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.
2026-cı ildə əsas "Avroviziya" ilə yanaşı, Asiya müsabiqəsi də keçiriləcək. Bu qolun ilk ev sahibi Taylandın paytaxtı Banqkok olacaq və şounun finalı 14 noyabrda baş tutacaq. Təşkilatçılar bildiriblər ki, dünyanın ən böyük musiqi tədbiri olan "Avroviziya"nın 70 illik yubileyində müsabiqə regionun müxtəlifliyinə, yaradıcılığına və mədəni özünəməxsusluğuna əsaslanan yeni bölməsini açır. Bu bölmə müsabiqəni həmişə xarakterizə edən "musiqi vasitəsilə birlik" ruhunu daşıyacaq.
"Avroviziya Asiya 2026" müsabiqəsinin iştirakçıları arasında Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Tayland və Vyetnam yer alıb. İştirakçı siyahısının daha da genişlənəcəyi gözlənilir.
Yubiley xarakterli 70-ci "Avroviziya-2026" mahnı müsabiqəsi isə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarımfinallar 12 və 14 mayda, möhtəşəm final isə 16 may 2026-cı ildə ölkənin ən böyük qapalı arenası olan "Wiener Stadthalle"də baş tutacaq.
Hüseyn İbadlı
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
















.jpg)

.jpg)
.jpg)






.jpg)












