Magazin2
Rep pioneri vəfat etdi - FOTO
Rep pioneri və dicey Afrika Bambata 67 yaşında Pensilvaniyada vəfat edib.
Publika.az xəbər verir ki, buu barədə "TMZ" məlumat yayıb.
Həqiqi adı Lens Teylor olan Afrika Bambata 17 aprel 1957-ci ildə Bronksda (Nyu-York) anadan olub. O, hip-hop mədəniyyətinin fəal formalaşdığı dövrdə küçə şənliklərində və "house-show"larda dicey kimi çıxış edərək məşhurlaşıb. Sənətçi "Universal Zulu Nation" adlı "şüurlu rep" hərəkatının üzvü idi. Onun 1980-ci illərdə işıq üzü görən debüt sinqlı "Zulu Nation Throwdown" qaradərili sənət xadimlərinin nailiyyətlərinə həsr olunmuşdu. Bambatanın kommersiya uğurunun zirvəsi isə 1984-cü ildə Amerika R'n'B çartında 4-cü pilləyə qədər yüksələn "Planet Rock" kompozisiyası olub.
1984-cü ildə Teylor özünün "The Soulsonic Force" qrupu ilə birlikdə "Beat Street" filmində çəkilib və orada "Frantic Situation" trekini ifa edib. Bir il sonra, 1985-ci ildə o, Maylz Devis, Bono və U2 kimi sənətçilərin iştirakı ilə yazılmış antiafarteid ruhlu "Sun City" albomunun prodüserliyində iştirak edib. Bundan əlavə, Teylor geniş musiqiçi çevrəsi ilə əməkdaşlıq edib: "Sex Pistols"dan Con Laydonla "World Destruction", UB40 ilə "Reckless", Ceyms Braunla "Unity", Pol Okenfoldla "Planet Rock"ın 2000-ci il versiyası üzərində, həmçinin "Leftfield" qrupu ilə "Vanilla Sky" filminin saundtrekinə daxil olan "Afrika Shox" treki üzərində çalışıb.
Reperin həyatının son on ili bir sıra hüquqi qalmaqallarla kölgələnib: ona qarşı 1980-90-cı illərdə yeniyetmə oğlanlara və gənclərə qarşı seksual zorakılıq, insan alveri və pedofiliya ilə bağlı çoxsaylı ittihamlar irəli sürülüb. 2025-ci ildə sənətçi, 12 yaşından etibarən dörd il ərzində musiqiçi tərəfindən zorakılığa məruz qaldığını və digər yetkin kişilərə ötürüldüyünü iddia edən şəxsə təzminat ödəyib. Daha sonra hip-hop əfsanəsi Melle Mel bu zorakılıqlardan "hamının xəbəri olduğunu" bildirərək, bunu "hip-hopun ən ciddi qorunan sirri" adlandırıb.
Hüseyn İbadı
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR


















.jpg)









.jpg)










