Magazin2
Britni Spirsdən şok qərar: Həbsdən yaxa qurtarmaq üçün görün nə etdi
Dünya şöhrətli pop ulduz Britni Spirs pərəstişkarlarını kədərləndirən, eyni zamanda təəccübləndirən addım atıb.
Publika.az TMZ portalına istinadən xəbər verir ki, 44 yaşlı müğənni könüllü olaraq reabilitasiya mərkəzinə yerləşib.
O, burada alkoqol və narkotik asılılığından müalicə alacaq. Sənətçinin bu qərarı son vaxtlar sərxoş vəziyyətdə sükan arxasında yaxalanması və həbs olunması ilə bağlı qalmaqallardan qaynaqlanır.
Bildirilir ki, Britni bu addımı hamının xeyri üçün atdığını deyib: "O, artıq çökdüyünü və həyatını qaydaya salmalı olduğunu dərk etdi. Həmçinin, bu addımın məhkəmədə hakimə müsbət təsir edəcəyini, məsələyə ciddi yanaşdığını göstərəcəyini bilir".
Müğənninin rəsmi nümayəndəsi reabilitasiya xəbərini təsdiqləsə də, müalicənin detalları barədə məlumat verməkdən imtina edib.
Xatırladaq ki, bir müddət əvvəl Britni Spirs Kaliforniyada yol polisi tərəfindən saxlanılmış və sərxoş halda avtomobil idarə etdiyi üçün həbs olunmuşdu.
Müəllif: Adəm
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO













.webp)

























