Magazin2
Kardaşyandan şok addım: Səhvən "qatil" elan etdi, hələ bir pul da istədi - FOTO
Erməni əsilli amerikalı porno ulduz Kim Kardaşyanın adı yeni qalmaqalda hallanır.
Publika.az xəbər verir ki, bu dəfə məsələ onun "ədalət axtarışı" deyil, adi bir vətəndaşa qarşı maliyyə tələbi ilə bağlıdır.
Hadisə 2024-cü ilin fevralında baş verib. Cinayət sistemində islahatların tərəfdarı kimi çıxış edən Kardaşyan, edam cəzasına məhkum edilmiş bir məhbusa dəstək olmaq istəyərkən böyük yanlışlığa yol verib. O, Texasda edam gözləyən qatilin yerinə, Nyu-Yorkda yaşayan günahsız İvan Kantunun fotosunu 300 milyondan çox izləyicisi olan hesabında paylaşıb.
Milyonlarla insanın hədəfinə çevrilən və cinayətkar kimi təqdim olunan İvan Kantu məhkəməyə müraciət edərək, bu paylaşımın onun reputasiyasını məhv etdiyini, ağır depressiya və təşviş keçirdiyini bildirib. O, zənginlik içində doğulan Kardaşyanın sosial mediadakı gücündən məsuliyyətsiz istifadə etdiyini vurğulayıb.
Məhkəmə "zərərin kifayət qədər sübut olunmaması" əsası ilə iddianı rədd etsə də, Kardaşyan bununla kifayətlənməyib. İndi o, səhvən hədəf göstərdiyi həmin şəxsdən 145 min dollar məbləğində hüquqi xərclərin ödənilməsini tələb edir.
Zərərçəkmişin vəkilləri isə bu tələbi "şokedici" adlandıraraq, onsuz da mənəvi zərbə alan bir insanın indi də maliyyə baxımından sıxışdırılmasının ədalətsizlik olduğunu bildiriblər.
Müəllif: Adəm
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq


















.jpg)



















