Magazin2
Alla Puqaçovanın borcu ortaya çıxdı: Milyonluq mənzilin pulunu ödəmir
Rusiyanın Xalq artisti Alla Puqaçovanın Moskvadakı dəbdəbəli mənzilinə görə külli miqdarda kommunal borcu yaranıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, söhbət müğənninin 20 il əvvəl paytaxtın mərkəzində, Filippovski döngəsində aldığı beşotaqlı mənzildən gedir. Hazırda Kiprdə yaşayan sənətçinin 300 kvadratmetrdən çox sahəsi olan və Xilaskar Məsih kilsəsinə mənzərəsi açılan mənzilinin ödənişlərini dayandırdığı bildirilir.
Məlumata görə, Puqaçovanın ümumi borcu 100 min rubla (təxminən 1800 manat) yaxındır. Bu məbləğin 83 min rublu istilik və kommunal xidmətlərin, qalan hissəsi isə əsaslı təmir fonduna ödənilməli olan vəsaitin payına düşür.
Qeyd edək ki, Xalq artisti bu elitar mənzili 2004-cü ildə alıb. Hazırda daşınmaz əmlakın bazar dəyəri 500 milyon rubldan (təxminən 9 milyon manat) çox qiymətləndirilir. Mənzillə yanaşı, binada ulduzun iki avtomobil dayanacağı da var.
Borc xəbərlərinin fonunda Puqaçovanın 77 yaşını Kiprin Limassol şəhərində təmtəraqla qeyd etməyə hazırlaşdığı deyilir. Müğənni ad gününü ailə üzvləri ilə birlikdə digər müştərilər üçün qapalı olacaq restoranda keçirəcək. Həmin məkanda bir nəfər üçün orta hesabın 200-250 min rubl (təxminən 4500 manat) civarında olduğu bildirilir.
Müəllif: Adəm
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq


















.jpg)



















