Magazin2
Alla Puqaçovanın gizli milyonları üzə çıxdı
Rusiyanın Xalq artisti Alla Puqaçovanın ölkəni tərk etməsinə baxmayaraq, Rusiya banklarındakı hesablarının yüklü miqdarda artdığı məlum olub.
Publika.az "SHOT" teleqram kanalına istinadla xəbər verir ki, 2022-ci ildən bəri müğənninin yerli banklardakı hesablarına təxminən 120 milyon rubl (təxminən 2.2 milyon manat) vəsait daxil olub.
Bildirilir ki, bu vəsaitlər faiz dərəcəsi artan yığım hesablarında yerləşdirilib. Təkcə son iki il ərzində Puqaçovanın bu əmanətlərdən əldə etdiyi gəlir 11.5 milyon rubla yaxındır. Primadonnanın gəlir mənbələri arasında mahnılarının radio və televiziyalarda səsləndirilməsinə görə gələn müəllif qonorarları, həmçinin "SSRİ Xalq artisti" statusuna görə aldığı pensiya və əlavə ödənişlər yer alır.
Lakin milyonlarla qazancı olan sənətçinin Moskvadakı mənzili ilə bağlı problem yaranıb. Məlumata görə, Puqaçovanın paytaxtın mərkəzindəki mənzilinin kommunal xidmət və əsaslı təmir haqları üzrə 100 min rubla yaxın borcu yaranıb. Ölkədə olmadığı üçün bu ödənişlərin gecikdirildiyi ehtimal edilir.
Müəllif: Adəm
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı





























.jpg)








