Magazin2
Gənc aktyorun ürəyi dayandı - Vəziyyəti ağırdır
Məşhur türkiyəli aktyor Oktay Çubuk Portuqaliyada qəfil pisləşərək xəstəxanaya yerləşdirilib.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, 30 yaşlı sənətçi Lizbon şəhərində anası, Robert Liseyinin müdiri Nihan Çetinyamaç ilə istirahətdə olarkən qəfildən halı pisləşib.
Məlumata görə, aktyorun ürəyi dayanıb. Hadisə yerinə çağırılan təcili yardım vasitəsilə o, dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Oktay Çubukun ürək fəaliyyətini bərpa etmək mümkün olub. Hazırda sənətçinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Həkimlər onun vəziyyətini ciddi nəzarətdə saxlayırlar.
Hazırda ailəsi və yaxınları aktyorun səhhəti ilə bağlı növbəti rəsmi açıqlamanı gözləyirlər.
Qeyd edək ki, gənc aktyor "Baba", "Duy Beni" və "Gülümse Kaderine" kimi populyar seriallardakı rolları ilə tanınır.
Hüseyn İbadlı
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz


















.jpg)



















