Magazin2
Kirkorov Yer kürəsini tərk edir: Görün itini də götürüb hara gedir
Rusiyanın xalq artisti Filipp Kirkorov hər kəsi təəccübləndirən yeni planını açıqlayıb. "Pop-kral" kosmosa, daha dəqiq desək, Aya uçmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə sənətçi Rusiya mətbuatına müsahibəsində bildirib.
Kirkorov qeyd edib ki, belə bir səyahəti reallaşdırmaq imkanlarını artıq ciddi şəkildə nəzərdən keçirir. 57 yaşlı müğənni səhhətinin buna imkan verəcəyinə və kosmik uçuşun çətinliklərinə asanlıqla dözəcəyinə əmindir.
Bildirilir ki, müğənni kosmosa tək getmək istəmir. O, bu tarixi səfərə iti Leonardo ilə getməyi planlaşdırır.
Kirkorovun sözlərinə görə, o, Leonardodan heç vaxt ayrılmır və bütün səfərlərinə onu da aparır.
O, həmçinin repertuarında Aya həsr olunmuş mahnının olduğunu xatırladıb.
Müəllif: Adəm
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)





















