Magazin2
Uğursuz ailədən sonra narkotikə qurşandı - 42 yaşlı modelin faciəvi həyat hekayəsi(FOTO)
Narkotik vasitələr bir çox tanınmış şəxsin karyerası ilə yanaşı həyatına da son qoyub. Belə məşhurlardan biri də fitnes model və 2000-ci illərin məşhur simalarından olmuş Loni Vilsondur.
Publika.az xəbər verir ki, Vilson növbəti dəfə yeni fotosu ilə sosial şəbəkələrdə gündəmə gəlib. 2012-ci ildə aktyor Jeremi Cekson ilə uğursuz ailə həyatı qurmuş fitnes model həmin dövrdə ən çox müzakirə olunan məşhurlardan biri idi. Amma onlar cəmi iki il sonra ayrıldılar və bu uğursuz izdivac Loni üçün o qədər travmalı olub ki, o sonda evsizlərə qoşularaq küçələrdə tüfeyli həyat tərzi keçirib.
Vilson uzun müddətdir ki, "metamfetamin" adlanan narkotikə aludə olub və Los Angeles küçələrində gəzir. Maraqlıdır ki, məşhur keçmiş dostlarının və tanışlarının köməyindən qəti şəkildə imtina edir. O, hazırda özünü yaxşı hiss etdiyini və əslində ehtiyac duyduğu hər şeyə sahib olduğunu deyir. Loni insanlara olan inamını tamamilə itirib və həmçinin paranoya (həddindən artıq narahatlıq hissi və ya qorxuyla xarakterizə edilən psixoloji durum-red.)olub. Məşhur belə heab edir ki, istənilən damın altında yaşasa və ya qalsa, onu elektrik cərəyanı vuracaq. Bir zamanlar gözəlliyi ilə pərəstişkarlarını valeh edən və hazırda 60 yaşlı qadın kimi görünən bu gözəl qadının hazırda 42 yaşı var...
Müəllif: Tural
-
İdman20:12“Qarabağ”dan erkən qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
-
Hadisə19:48Kəlbəcərdə mina partladı: xəsarət alan var
-
İdman19:36Görün Zidanın məşqçilər komandasına kim daxil oldu
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK



































