Magazin2
Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO
Moskvada gənc aktrisa Kseniya Dobromilova faciəvi şəkildə vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Mash" nəşri məlumat yayıb.
Bildiirlib ki, onu Bolşaya Doroqomilovskaya küçəsində motosikletçi vurub.
Mənbənin məlumatına görə, gənc qadın baykerlərin yürüşünü fotokameraya çəkirmiş. Bu zaman onlardan biri motosikleti arxa təkər üstünə qaldırıb, idarəetməni itirərək qadını vurub. Hadisə yerinə təcili yardım çağırılıb, gələn həkimlər çoxsaylı sınıqlar qeydə alaraq onu reanimasiya etməyə çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb.
"SHOT" Telegram kanalının məlumatına görə, motosikletin sürücüsü saxlanılıb. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Kseniya motosikletçi mühitində tanınmış fotoqraf idi. O, L.A. Filatov adına Teatr Kollecində "Musiqili teatr aktrisası" ixtisası üzrə peşəkar təhsil alıb, "Ay Teatrı"nda və Moskva Müzikl Teatrında çalışıb, "Mayakovski" şəhər müziklində Nora Polonskaya rolunu ifa edib. Aktrisa daha əvvəl HammAli & Navai rep qrupunun "Devoçka-voyna" klipində də çəkilib. Onun 34 yaşı var idi.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)




















