Magazin2
Məşhur reper narkotik satdığına görə həbs olundu - Foto
Məşhur reper Kodak Black (əsl adı — Bill Kahan Kapri) ABŞ-ın Florida ştatında həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Kapri stimullaşdırıcı təsirə malik sintetik narkotik maddə satmaqda ittiham olunur. Sənətçinin vəkili Bredford Koenin sözlərinə görə, həbs 2025-ci ilin noyabrında başlanmış cinayət işi ilə bağlıdır. Avtomobildə aparılan axtarış zamanı polislər öskürək şərbəti şüşəsinin üzərində repçinin barmaq izlərini aşkar ediblər. Vəkil vurğulayıb ki, maşının daxilində müğənninin özü olmayıb.
Koen Kodak Black-ə qarşı irəli sürülən ittihamların hüquqi əsasının zəif olduğuna əmindir. O, bu ittihamlarla bağlı etiraz etmək niyyətindədir.
Kapri əvvəllər də dəfələrlə narkotik və silah saxlama, habelə hücum, döymə və qanunsuz daxil olma hallarına görə saxlanılıb.
Kodak Black özünün dördüncü Lil B.I.G. Pac miksteypi işıq üzü gördükdən sonra geniş şöhrət qazanıb. 2017-ci ildə sənətçi Painting Pictures adlı ilk studiya albomunu təqdim edib. O, Future, A Boogie Wit da Hoodie, Young Thug, Jeezy və Bun B kimi repçilərlə əməkdaşlıq edib.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü













.png)





















