Magazin2
Meqan Markl ailənin bütün yükünü çiyninə götürdü: Harri isə pul qazanmır
Meqan Markl ailəsinin əsas gəlir mənbəyinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Nəşrin yazdığına görə, Britaniya şahzadəsi Harri və həyat yoldaşının ABŞ-ın Kaliforniya ştatındakı Montesi̇to malikanəsinin saxlanılması üçün ildə azı 6 milyon dollar tələb olunur. Bu məbləğin yarısı təhlükəsizlik xidmətlərinə, qalan hissəsi isə ipoteka ödənişlərinə xərclənir.
Mənbələrin iddiasına görə, ailənin əsas maliyyə yükünü məhz Meqan Markl daşıyır. Bildirilir ki, şahzadə Harri əsasən xeyriyyə layihələri ilə məşğul olur və bu fəaliyyət ailəyə ciddi gəlir gətirmir.
İddialara əsasən, bu səbəbdən Meqan Markl yeni qazanc mənbələri axtarmağa başlayıb və şəxsi brendini sürətlə inkişaf etdirir. O, həmçinin süni intellekt vasitəsilə məhsul seçimləri təqdim edən platformanın simasına çevrilib. Platformada hersoginyanın son Avstraliya səfərində geyindiyi geyimləri almaq da mümkündür.
Bu addım isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər Meqan Marklı “həddindən artıq pul hərisliyində” ittiham ediblər.
Məlumatda qeyd olunur ki, hersoginyanın maliyyə vəziyyətini gücləndirə biləcək nüfuzlu dostları da var. Onun milyarder Ceff Bezosun həyat yoldaşı Loren Sançes ilə yaxın münasibətdə olduğu vurğulanır.
Müəllif: Adəm
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
























.jpg)













