Magazin2
İsrail erməniləri dəli etdi: Ermənistan Azərbaycan bayrağı ilə təqdim olundu - FOTO
İsrailin dövlət televiziya kanalı olan "Kan 11" “Avroviziya” mahnı müsabiqəsinin yarımfinal yayımı zamanı Ermənistan və Azərbaycanı eyni bayraq - Azərbaycan bayrağı ilə təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, hadisə İsraildə yaşayan erməni icması arasında ciddi narazılıq yaradıb. Petah-Tikvada fəaliyyət göstərən İsrail erməniləri ittifaqı “Nairi”nin sədri Artem Çernamoryan baş verənləri şərh edərək bunun qəsdən edilmədiyini bildirib.
Onun sözlərinə görə, söhbət təxribatdan yox, redaksiya səhlənkarlığından gedir: “Düşünmürəm ki, bu, məqsədli addımdır. Daha çox diqqətsizlik təsiri bağışlayır. Belə hallar onlarda əvvəllər də olub. Bazar günü rəsmi müraciət ünvanlayaraq üzr tələb edəcəyəm”.
O, həmçinin xatırladıb ki, "Eurovision Song Contest" ilə bağlı oxşar qalmaqal 2025-ci ildə də yaşanmışdı. Həmin vaxt Ermənistan təmsilçisinin çıxışından sonra "Kan 11"in şərhçisi “Bu mahnını dinləyəndən sonra özümüzü “Survivor”dakı kimi hiss etdik” demiş, daha sonra isə “Bu insanlara Qüdsdə bütöv bir məhəllə verdiyimizə inana bilmirəm” ifadəsini işlətmişdi.
Bundan sonra Ermənistan İctimai Televiziyası İsrail ictimai yayımçısından izahat tələb etmişdi. Daha sonra kanal rəhbərliyi rəsmi şəkildə üzr istəmişdi.
Müəllif: Adəm

-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO













.png)





















