Magazin2
“Qazaxları sevmir, amma pullarını sevir” - Məşhur brend boykot edilir
Qazaxıstanda yerli “Sen Sulu” kosmetik brendi rusiyalı bloger Valya Karnaval ilə reklam əməkdaşlığına görə kəskin tənqidlə üzləşib. Sosial şəbəkə istifadəçiləri markanı boykot etməyə çağırıblar.
Publika.az xəbər verir ki, müzakirələrə səbəb brendin yeni tuş reklamı olub. Reklam çarxında 24 yaşlı influenserin çəkilməsi bir çox istifadəçini qəzəbləndirib. Şərhlərdə blogerin daha əvvəl qazaxlarla bağlı qalmaqallı iddialarla gündəmə gəldiyi xatırladılıb.
İstifadəçilər "YouTube" blogeri Anton Suvorkinin açıqlamalarına istinad edərək bildiriblər ki, guya “Vdox-Vıdox” klipinin çəkilişi zamanı Valya Karnaval qazaxların çəkiliş meydançasına buraxılmamasını tələb edib.
Sosial şəbəkələrdə “Doğrudanmı Valya?”, “Qazaxları sevmir, amma qazax pullarını sevir”, “Ölkəmizdə bu qədər gözəl qız olduğu halda niyə məhz onu seçdiniz?” kimi sərt rəylər yazılıb. Bəzi istifadəçilər isə artıq həmin brendin məhsullarını almayacaqlarını bildiriblər.
Qalmaqaldan sonra “Threads” platformasında “Sen Sulu”nun marketoloqu Bəxtigül məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, Valya Karnaval brendin rəsmi siması deyil və əməkdaşlıq yalnız yeni auditoriyaya çıxış məqsədi daşıyan reklam layihəsi olub.
Qeyd edək ki, bu ilin aprel ayında Valya Karnaval səhnədəki davranışına görə narkotik istifadə etməkdə şübhəli bilinmişdi.
Müəllif: Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















