Magazin2
Mövsümün ən iddialı serialında şok ayrılıq - Afra niyə vida etdi?
"A.B.İ." serialında şok ayrılıq baş verib. Serialın başrol ifaçısı, vəkil Çağla obrazını canlandıran Afra Saraçoğlu layihədən ayrılıb.
Publika.az xəbər verir ki, serialda Afra Saraçoğlunun son səhnələrinin çəkilişləri dünən etibarilə tamamlanıb. Məşhur aktrisanın 17-ci bölümün finalı ilə həm komandaya, həm də izləyicilərinə vida edəcəyi bildirilir.
23 iyunda mövsüm finalı etməyə hazırlaşan serialda bu ayrılıq hekayənin gedişatını tamamilə alt-üst edəcək.
Kənann İmirzalıoğlunun canlandırdığı Doğan obrazı əvvəlcə atasını, indi isə həyatındakı ən mühüm sima olan Çağlanı itirərək dərin bir boşluğa düşəcək.
Bu hadisələrdən sonra serialda Doğan üçün daha qaranlıq, sərt və intiqam dolu bir dövr başlayacaq.
Serial yüksək reytinqlər toplasa da, başrol aktyorları arasındakı yaş fərqi sosial mediada ciddi müzakirələrə səbəb olmuşdu. 51 yaşlı Kənan İmirzalıoğlu ilə 28 yaşlı Afra Saraçoğlunun tərəf-müqabili olması bəzi izləyicilər tərəfindən fiziki uyumsuzluq kimi qiymətləndirilmiş və tənqid edilmişdi. (Milli.az)
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı













.jpg)











.jpg)












