Magazin2
İlon Maskın keçmiş sevgilisi "açdı sandığı, tökdü pambığı" - Hamilə qalandan sonra...
Amerikalı iş adamı və milyarder İlon Maskın keçmiş sevgilisi, konservativ bloqer Eşli Sent-Kler münasibətləri ilə bağlı ilk dəfə geniş açıqlama verib və hamiləlikdən sonra Maskın davranışının kəskin şəkildə dəyişdiyini bildirib.
Publika.az xəbər verir ki, o, "TikTok"da yayımladığı videoda Maskla 2023-cü ildə tanış olduğunu, münasibətlərin isə şəxsi və emosional qərarlarla irəlilədiyini bildirib. Sent-Klerin sözlərinə görə, o dövrdə artıq ənənəvi ailə modelinə inamı azalmışdı və əsas məqsədi maliyyə sabitliyi idi.
“Artıq düşünürdüm ki, ağ gəlinlik, toy və ideal ailə hekayəsi mənim üçün bitib. Amma yenə də uşaq sahibi olmaq istəyirdim”, - deyə o bildirib.
Bloqerin sözlərinə görə, artıq əvvəlki münasibətindən bir oğlu var və onu ən çox narahat edən məsələ maddi çətinliklər olub. O, uşaqların gələcəyini təmin etmək üçün davamlı maliyyə təzyiqi hiss etdiyini vurğulayıb.
Eşli Sent-Kler iddia edir ki, Mask ona daha çox uşaq sahibi olmağı tövsiyə edib və “zamanın ən məhdud resurs” olduğunu deyib. Onun sözlərinə görə, bu söhbət Sent-Bartelemi adasına səfər zamanı baş verib və o, həmin vaxt hamilə olduğunu bildirib.
Lakin ən diqqətçəkən iddia hamiləlikdən sonra münasibətlərin kəskin dəyişməsi ilə bağlıdır. Bloqer deyib ki, əvvəl hər şey normal və hətta zarafatcıl şəkildə davam edirdi, lakin sonradan Maskın davranışı dəyişib.
“Hamilə qalandan sonra hər şey çox qəribə oldu. İnsanlar inanmayacaq, amma o vaxta qədər daha normal idi”, - deyə o əlavə edib.
Sent-Kler həmçinin Maskın çoxsaylı övladları ilə bağlı ailə münasibətlərinə əvvəlcədən ehtiyatla yanaşdığını, lakin milyarderin bu məsələdə hər şeyin qaydasında olduğunu dediyini qeyd edib.
Onun sözlərinə görə, zaman keçdikcə münasibətlərdə gərginlik artıb və o, daim ehtiyatlı olmağa məcbur qalıb.
Müəllif: Adəm
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...








.jpg)




























