Magazin2
Kardaşyana məxsus alt paltarında 8,4 milyon dollar dəyərində kokain tapıldı
Böyük Britaniyada Kim Kardaşyanın “Skims” brendinə məxsus geyim və alt paltarı partiyası ilə birlikdə külli miqdarda narkotik daşımağa cəhd edən Polşa vətəndaşı ağır cəzaya məhkum edilib.
Publika.az xəbər verir ki, 40 yaşlı Yakub Yan Konkel 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, Niderlanddan göndərilən 28 palet “Skims” məhsulu arasında gizlədilmiş kokaini Böyük Britaniyaya keçirməyə cəhd etməkdə təqsirli bilinib.
Böyük Britaniyanın Milli Cinayət Agentliyinin məlumatına görə, yük maşını Esseks qraflığının Harviç limanında bərə ilə ölkəyə daxil olarkən sərhəd xidməti tərəfindən saxlanılıb. Aparılan rentgen yoxlaması zamanı nəqliyyat vasitəsində gizli bölmələr aşkarlanıb.
İstintaqla müəyyən edilib ki, sürücü yol boyu dayanaraq ümumilikdə 90 paket kokaini götürüb. Təxminən 90 kiloqram narkotikin bazar dəyəri 8,4 milyon dollar olaraq qiymətləndirilir.
Qeyd olunub ki, “Skims” məhsulları tam qanuni olub və hadisənin narkotik qaçaqmalçılığı ilə heç bir əlaqəsi yoxdur. Nə göndərən, nə də alan tərəf cinayət sxemindən xəbərdar olmayıb.
Konkel daha sonra 4500 avro müqabilində narkotik daşımağa razılaşdığını etiraf edib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)






















