Magazin2
500 çörəkdən hazırlanan libası müzakirə yaratdı - VİDEO
Nigeriyalı influenser Mersi Atanq qeyri-adi geyim seçimi ilə sosial şəbəkələrin gündəminə çevrilib. Bloqerin 500 ədəd çörəkdən hazırlanan libası internetdə geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, məlumata görə, fərqli dizayna sahib geyimin hazırlanması üçün yüzlərlə çörəkdən istifadə edilib. Libasın çəkisi və həcmi səbəbindən influenserin sərbəst hərəkət etməsi mümkün olmayıb. Görüntülərdə Mersi Atanqın yalnız ətrafındakı insanların köməyi ilə yeriyə bildiyi əks olunub.
Paylaşılan videolar qısa müddətdə milyonlarla baxış toplayıb. Sosial media istifadəçilərinin bir qismi bu ideyanı kreativ və diqqətçəkən hesab etsə də, digərləri ərzaq məhsullarının bu şəkildə istifadə olunmasını tənqid edib.
Xüsusilə dünyanın bir çox yerində insanların qida çatışmazlığı yaşadığını vurğulayan istifadəçilər geyimi "israf" adlandırıblar. Bununla yanaşı, bəzi izləyicilər isə layihənin moda və performans sənəti baxımından maraqlı olduğunu qeyd ediblər.
Müzakirələrə səbəb olan görüntülər sosial şəbəkələrdə yayılmağa davam edir.(Milli.Az)
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı













.jpg)











.jpg)












