Magazin2
Smartfonsuz yaşayan məşhur rejissor - Onun üçün həyat necə davam edir?
Məşhur rejissor Kristofer Nolan hələ də smartfondan istifadə etmədiyini və elektron poçt ünvanının olmadığını deyib.
Publika.az xəbər verir ki, o, bu etirafı "60 Minutes" proqramında edib.
Nolan çoxlu çap olunmuş məktub aldığını, lakin bunların heç vaxt onun üçün ünsiyyət vasitəsi kimi cəlbedici olmadığını bildirib. O, smartfonsuz həyatın getdikcə çətinləşdiyini də vurğulayıb.
"QR-kodların yenidən populyarlaşması həyatı çox çətinləşdirib. Səyahətlər zamanı özümlə sadə, düyməli telefon gəzirəm", - deyə kinematoqrafçı bildirib.
Rejissorun dünyadan təcrid olunub-olunmadığı ilə bağlı suala cavabı isə belə olub:
"Mən sadəcə hamımızın əvvəllər yaşadığı kimi yaşayıram. "Rəqəmsal zəncirlər"dən uzaq olduğum üçün çox şanslıyam, amma həyat elə belədir".
Eyni verilişdə Nolan yunan mifologiyası qəhrəmanı Odisseyin Troya müharibəsindən sonra evə qayıtmasından bəhs edən yeni "Odisseya" filminin böyük miqyasda çəkildiyini qeyd edib.
Rejissorun sözlərinə görə, bu layihə onun ən miqyaslı ekran əsəri olacaq. Filmin premyerası 17 iyul 2026-cı il tarixinə nəzərdə tutulub.
Qeyd edək ki, Nolann indiyədək çəkdiyi on film dünya üzrə 6,7 milyard dollardan çox gəlir əldə edib, həmçinin ümumilikdə 28 nominasiyada "Oskar"a namizəd olub və onlardan səkkizində qalib gəlib.
Hüseyn İbadlı
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı













.jpg)











.jpg)












