Magazin2
Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
Realliti-şou ulduzu Farra Abraham uzun illər davam edən plastik əməliyyat və kosmetik prosedurlardan sonra ciddi sağlamlıq problemləri ilə üzləşdiyini etiraf edib.
Publika.az xəbər verir ki, o, çənə oynağının degenerativ xəstəliyindən əziyyət çəkir və bu səbəbdən demək olar ki, ağzını normal şəkildə aça bilmir.
“Çənəmdən normal istifadə edə bilmirəm. Ağzımı adi insanlar kimi aça bilmirəm”, - deyə məşhur bildirib.
Abraham bu vəziyyətinin gündəlik həyatına ciddi təsir etdiyini vurğulayaraq, hətta yemək yeməyin belə çətinləşdiyini deyib: “Sadəcə istəyirəm ki, heç olmasa hot-doq yemək üçün ağzımı normal aça bilim”.
Buna baxmayaraq, o, yenidən əməliyyat masasına uzanmalı olacağını da açıqlayıb. Lakin bu dəfə müdaxilənin estetik məqsəd daşımadığını qeyd edib.
Qeyd edək ki, məşhur ulduz son illərdə plastik cərrahiyyə ilə bağlı ən çox müzakirə olunan simalardan biri olub.
O, yalnız dodaq dolğularına təxminən 50 min dollar xərcləyib, ümumi kosmetik prosedurların dəyəri isə 1 milyon dollara yaxınlaşıb.
Müəllif: Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































