Magazin2
Şoyqunun qızı yenidən hamilədir: Keçmiş sevgilisi sirri açdı - FOTO
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun qızı Kseniya Şoyqu ikinci dəfə ana olmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə fitnes-bloger Aleksey Stolyarov sosial şəbəkədə paylaşdığı görüntülərlə məlumat verib.
O, keçmiş sevgilisi Kseniya Şoyqunun qızı Milana ilə birlikdə qatıldığı qaçış yarışından kadrlar yayımlayıb.
Rusiya Triatlon Federasiyasının prezidenti olan Kseniya Şoyqunun əynindəki dar geyim onun böyüyən qarnını açıq şəkildə nümayiş etdirib. Stolyarov paylaşımında yaxın vaxtlarda “böyük ailələrində” yeni körpənin dünyaya gələcəyini təsdiqləyib.
“Biz Kseniya ilə əla münasibətdəyik”, - deyə bloger vurğulayıb.
Qeyd edək ki, Aleksey Stolyarov özü də ikinci dəfə ata olmağa hazırlaşır. O, 2025-ci ilin dekabrında bal rəqsləri üzrə çempion Vera Bondareva ilə evlənib. Cütlük 2026-cı ilin yanvarında oğul övladı gözlədiklərini açıqlayıb.
Kseniya Şoyqu və Stolyarov 2023-cü ildə ayrıldıqlarını elan etmişdilər. Bloqer sonradan verdiyi müsahibədə keçmiş sevgilisi ilə ayrılıqdan sonra daha yaxın dost olduqlarını bildirib.
Müəllif: Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































