Magazin2
Qalmaqallı reperə icazə verildi: Avropada konsert keçirəcək - Foto
Niderland hakimiyyəti amerikalı reper Kanye Uestin ölkədə iki konsert keçirməsinə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Məlumata görə, reperin iyunun 6 və 8-də Arnhem şəhərində yerləşən GelreDome stadionunda çıxışı planlaşdırılır. İcazəni Arnhem meri Ahmed Markuş verib.
Şəhər rəhbəri Kanye Uestin antisemit açıqlamalarını “iyrənc və qınanılası” adlandırsa da, qərarın şəxsi və ya ictimai narazılıq əsasında verilə bilməyəcəyini vurğulayıb.
“Konsertə icazə verilməsi ilə bağlı qərar yalnız şəxsi və ya ictimai qınağa əsaslana bilməz”, - deyə mer bildirib.
NOS-un məlumatına görə, şəhər rəhbərliyi müraciətə baxarkən əsasən ictimai asayiş və təhlükəsizlik məsələlərini nəzərə alıb. Mer qeyd edib ki, təşkilatçılar tədbirlərin təhlükəsiz keçirilməsi üçün bütün zəruri tədbirləri görüb.
Bununla belə, icazənin verilməsi konsertlərin mütləq baş tutacağı anlamına gəlmir. Niderland parlamentinin aşağı palatasındakı deputatların əksəriyyəti reperin ölkəyə buraxılmaması təşəbbüsünü dəstəkləyir.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































