Magazin2
Cennifer Lopezdən şok etiraf: "Bunu daha əvvəl etməli idim, fantastikdir"
Müğənni və aktrisa Cennifer Lopez şəxsi həyatı və boşanmadan sonrakı dövr barədə danışıb.
Publika.az xəbər verir ki, Cimmi Kimmelə verdiyi müsahibədə hazırda subay olduğunu təsdiqləyən ulduz keçmiş münasibətləri ilə bağlı maraqlı etiraflar edib.
"Mən bunu daha əvvəl etməli idim. Mən hər şeyi səhv etmişəm! İnanın mənə, hər şeyi yanlış görmüşəm", - deyə Lopez keçmiş münasibətlərinə işarə edib.
Aparıcının onu "Xolostyak" (The Bachelor) şousunda iştirak edib yeni tərəfdaş tapmağa dəvət etməsinə isə aktrisa zarafatla cavab verib:
"Siz dəli olmusunuz? İndi hiss etdiyim bu rahatlığı korlamaq istəmirəm. Öz-özlüyündə tək olmaq fantastikdir".
Bununla belə, o, gələcəkdə yeni bir sevgi ilə qarşılaşa biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Cennifer Lopez dörd dəfə rəsmi nikahda olub. Onun keçmiş həyat yoldaşları arasında Ohanı Noa, Kris Cadd və Mark Entoni var.
2022-ci ilin iyulunda aktyor Ben Afflek ilə evlənən Lopez, 2024-cü ilin avqustunda ondan boşandığını açıqlayıb. Sənədlərə görə, cütlüyün yolları hələ aprel ayında ayrılıb.
Bundan əvvəl mətbuatda Ben Afflekin boşandıqdan sonra Lopezə 60 milyon dollar dəyərində ev bağışlaması barədə xəbərlər yayılmışdı.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































