Magazin2
Onun gəlişi səbəbindən İstanbul metrosu iflic oldu - FOTO
İstanbul metrosu amerikalı reper Kanye Uestin Atatürk Olimpiya Stadionunda keçiriləcək konserti ilə əlaqədar iflic olub. Hazırda şəhər metrosu tam gücü ilə işləyir.
Publika.az xəbər verir ki, bu bardə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, 120 minə yaxın tamaşaçının gözlənildiyi tədbirlə bağlı şəhərin nəqliyyat sistemində gərginlik müşahidə olunur.
Məlumata görə, artıq saat 17:00-dan etibarən M9 və M3 metro xətlərində vaqonlara daxil olmaq çətinləşib. Konsertin keçiriləcəyi Atatürk Olimpiya Stadionuna birbaşa çıxışı olan M9 xətti də daxil olmaqla, hər iki xətt konsert bitənədək gecə boyu fəaliyyət göstərəcək. Qatar intervalları 10 dəqiqə olaraq müəyyən edilsə də, stadion ətrafındakı yollarda ciddi tıxaclar yaranıb.
Kanye Uestin bu gün — mayın 30-da baş tutacaq çıxışı üçün şəhərdə böyük hazırlıq görülüb. Bir gün əvvəl İstanbula gələn musiqiçi şəhərin ən dəbdəbəli otellərindən birində məskunlaşıb və burada pərəstişkarları tərəfindən qarşılanıb.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































