Magazin2
Məşhur aparıcı 10 hektar torpaq aldı: Görün nə işlə məşğul olacaq - FOTO
Rusiyalı aktrisa və teleaparıcı Evelina Bledans Krımda 10 hektar torpaq sahəsi alaraq fermerlik fəaliyyətinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, NTV kanalında yayımlanan "Ulduzlar görüşdü" verilişində danışıb.
"Fermer təsərrüfatım artıq qeydiyyatdan keçib. İki hektar şaftalı bağı, iki hektar da çox dadlı süfrə üzümü sahəm var. İndi torpağa, kənd təsərrüfatına üz tuturam", - deyə Bledans bildirib.
Onun sözlərinə görə, Krıma çatmaq düşündüyündən daha asandır.
Aktrisa yay mövsümünün böyük hissəsini həmin ərazidə keçirməyi planlaşdırır. O qeyd edib ki, torpaq üçün götürdüyü ödəniş öhdəliklərini hələ tam bağlamadığından ərazidə ev tikməyib.
Bledans gələcəkdə şirniyyat istehsalına da başlamaq niyyətində olduğunu söyləyib.
"150 kilovat elektrik xətti çəkdirmişəm. Öz nümunəmlə göstərəcəyəm ki, torpaqla necə işləyirəm və bunun sayəsində daha gözəl, daha fit oluram", - deyə teleaparıcı əlavə edib.
Adəm

-
Hadisə19:00Xocavənddə mina partladı - Xəsarət alanlar var
-
Maraq dünyası17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı








.jpg)






























