Magazin2
Bacısı gənc reperin öldüyünü açıqladı - Həkim səhvi ucbatından...
"AISHE" səhnə adı ilə tanınan türkiyəli gənc reper Tuğçe Ayşə Güler vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun bacısı sosial şəbəkədə məlumat yayıb.
“Böyük bacım dünyasını dəyişdi. Başımız sağ olsun”,- deyə o, paylaşımda bildirib.
Bacısı gənc reperin ölümünün səbəbinin həkim səhlənkarlığı olduğunu iddia edib.
"Bacımda qulaq infeksiyası, ardınca üz iflici yarandı. Əməliyyat olundu, vəziyyəti yaxşılaşdı və evə buraxıldı. Lakin bu dövrdə verilən kortizon müalicəsi vaskulitə (qan damarlarının iltihabı) səbəb oldu. O, yenidən əməliyyat ediləndə təəssüf ki, ürəyi dayandı.
Vaskulit, kortizonu qəfil dayandırdıqları üçün baş verdi. Təcili yardım şöbəsinə getdik, amma bunu "əlavə təsir" adlandıraraq bizi yola saldılar. Vəziyyəti yenidən pisləşəndə onu qəbul etdilər, amma dörd gün ərzində diaqnoz qoya bilmədilər; bacım heç bir müalicə almadı. Palatada vəziyyəti daha da pisləşəndə reanimasiyaya köçürüldü. Revmatologiya şöbəsi ölümündən bir gün əvvəl ona diaqnoz qoya bildi, lakin artıq çox gec idi. Bacım açıq-aşkar laqeydlik üzündən dünyasını dəyişdi", - deyə o vurğulayıb.
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”

































