Magazin2
Məşhur reper Taylandda itkin düşdü - Onu sonuncu dəfə...
“Kıslo-Sladkiy” təxəllüsü ilə çıxış edən qazaxıstanlı reper Darxan Jumabek Taylandda bir aydan çoxdur ki, yoxa çıxıb.
Publika.az “Baza” Telegram kanalına istinadla xəbər verir ki, 27 yaşlı musiqiçinin taleyi hələlik naməlum olaraq qalır.
27 yaşlı Jumabek dostu ilə birlikdə Pattayaya uçmuşdu və iyunun 20-nə planlaşdırılan musiqi klipinin çəkilişləri üçün Pxuketə getməli idi, lakin artist çəkiliş meydançasına gəlməyib. Komandasının sözlərinə görə, Jumabekin dostu, həmkarları və yaxınları onun hazırda harada olduğunu bilmirlər – musiqiçi mayın əvvəlindən əlaqə saxlamır.
Reperi sonuncu dəfə Pattayadakı çimərlik yaxınlığında görüblər. Müşahidə kameralarının görüntülərində Jumabekin qeyri-sabit yerişlə küçədə gəzdiyi və qapıları döydüyü əks olunub. Sosial şəbələrdə onun məqsədsiz gəzdiyi, çantasını yellədiyi və yerə oturduğu videolar da yayılıb. Hazırda axtarışlar dərhal iki şəhərdə davam etdirilir.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































