Magazin2
Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
Alban əsilli müğənni Dua Lipa britaniyalı aktyor Kallum Ternerlə keçirilən toyundan şəkilləri paylaşaraq “Chanel”dən olan dəbdəbəli gəlinliyini nümayiş etdirib.
Publika.az “InStyle” nəşrinə istinadla xəbər verir ki, müğənninin geyimi xüsusi diqqət çəkib.
“Haute Couture” kolleksiyasından olan geyimi Matye Blazi yaradıb və onun dizaynı üzərində bir neçə il işlənilib. Arxası açıq və dar ətəkli ağ gəlinlik “Atelier Montex”dən olan 480 min əllə tikilmiş muncuq və “Lesage” ustalarının 1155 saat sərf etdiyi qiymətli daşlarla bəzədilib.
İki metrlik şleyfin üzərində 25 min lələk yerləşir, obrazı isə altı metrlik duvaq, həmçinin “Massaro” ustaları tərəfindən sifarişlə hazırlanmış atlasdan olan ağ ayaqqabılar tamamlayır.
Daha əvvəl Dua Lipa və Kallum Ternerin dəbdəbəli toyunun İtaliyada etiraz dalğasına səbəb olduğu bildirilirdi.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































